Məhəmməd peyğəmbər haqda film çəkilir

mehemmed-peygember-haqda-film-cekilir
Oxunma sayı: 670

Film İranın cənub bölgəsində, Əsəluyə şəhərində çəkilir. Trend-in məlumatına əsasən, bu barədə cümə günü İranın FARS xəbər agentliyi xəbər verir.

Məlumata görə, filmin çəkilişləri dekabrın sonuna kimi davam edəcək. Filmin sınaq çəkilişlərinə oktyabr ayında başlanılıb.

Smeta dəyəri 30 milyon dollar həcmində planlaşdırılan film son illər İranda çəkilən ən bahalı və öz sahəsində ən iddialı film olacaq. 3 hissədən ibarət olacaq filmdə əsasən Hz. Məhəmmədin (s) uşaqlığı və peyğəmbərlikdən əvvəlki həyatı işıqlandırılacaq.

Məcidi 2008-ci ildə "The Song of Sparrows" ("Sərçələrin nəğməsi") filmi ilə Antaliya Film Festivalına qatılmışdı.