“Məni sındırırdılar...”

meni-sindirirdilar
Oxunma sayı: 652

“Qafqazinfo”nun verdiyi məlumata görə, oyunda minimal hesabla məğlub olan (0:1) “Neftçi” nümayəndələri bir-birinin ardınca qərəzli hakimlikdən şikayətlənirlər.
“Flaqman”ın braziliyalı yarımmüdafiəçisi Flavinyo da narazılığını gizlətməyib: “Lənkəranda oyunumuzun gərgin alınacağını bilirdik. Qələbə qazansaydıq çempionluğumuzu vaxtından əvvəl rəsmiləşdirəcəkdik. Lakin ilk dəqiqələrdən hakim birtərəfli qərarlar verməyə başladı. Rəqib futbolçular mənə qarşı çox kobud oynayırdı. Bütün matç ərzində məni "sındır"maqla məşğul idilər. Hakim də buna hər dəfə göz yumurdu. Hətta mənə qarşı kobudluqdan sonra yıxılsam da, Elçin Məmmədov simulyasiya etdiyimi əsas gətirərək mənə sarı vərəqə göstərdi. Nəticədə mən növbəti görüşdə meydanda olmayacağam. Bu hakim daha əvvəlki qarşılaşmalarda da mənə qarşı rəqibin açıq-aşkar kobudluğunu görməməzliyə vurmuşdu. Mənə elə gəlir ki, buna bir son qoyulmalıdır."

Qeyd edək ki, “Neftçi”nin digər futbolçuları Bahodir Nasimov və Ruslan Əmircanov, həmçinin məşqçi Tərlan Əhmədov da “Xəzər Lənkəran”la oyundakı hakimlikdən şikayətlənmişdi.

Ceyhun Əhmədov