Məsciddən nəzir qutusu oğurlandı

mescidden-nezir-qutusu-ogurlandi
Oxunma sayı: 667

Cümə məscidinin xuddamı Hacı Vidadi Əliyev sübh namazına gələrkən dəmir hasara qaynaqla bərkidilmiş nəzir qutusunun yerində olmadığını görüb və dərhal Rayon Polis Şöbəsinə məlumat verib. Nəzir qutusundakı pulun miqdarından xəbəsiz olduğunu deyən xuddam bu hadisənin birinci dəfə deyil, əvvəllər də baş verdiyini bildirib. Hacı Vidadinin sözlərinə görə, hər ayın sonunda dindarların iştirakı ilə qutunun ağzı açılaraq pullar götürülür, həmin vəsait məscidin abadlığına sərf olunur. Rayon Polis Şöbəsindən isə ərizənin yeni daxil olduğu bildirilərək heç bir məlumat verilmədi.

Hazırda Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. /milli.az/