“Nar dünyası” Cəlilabadda

nar-dunyasi-celilabadda
Oxunma sayı: 714

“Qafqazinfo”nun məlumatına görə, yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. “Nar Dünyası” satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Hazırda Bakı şəhərində Nar Mobile tərəfindən təqdim edilən 11 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdən isə Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, İmişli, Biləsuvar, Siyəzən və Salyanda açılmış mərkəzlər müştərilərə xidmət təqdim edirlər.

Nigar Məmmədli