Prezident aşpazlarından menyu açıqlamaları

prezident-aspazlarindan-menyu-aciqlamalari-
Oxunma sayı: 664

Dünya liderlərinin aşpazları dünən Fransa prezidenti Fransua Ollandın qonağı olublar. “Qafqazinfo”nun məlumatına görə, daha əvvəl Almaniya kansleri Angela Markel tərəfindən təşkil edilən belə bir ziyafətdə liderlərin aşpazları qulluq etdikləri şəxslərin mətbəx sirrlərini açıqlayıblar.

Putinin dequstatoru

Rusiya dövlət başçısı Vladimir Putinin baş aşpazı Vaxtanq Abuşidi Kremldə hələ də saray intriqalarına görə qorxu yaşanıldığını deyib. Putin yeməklərin zəhərli olmadığına əmin olmaq üçün dequstator versiyasından istifadə edir. “Şeflərin şefi” klubunun rəhbəri Gilles Bragard isə əlavə edib ki, Putinə gedən hər yemək baş aşbaz və bir həkim tərəfindən yoxlanılır.

Fransua Olland ənginar sevmir

Yelisey sarayının mətbəxində 40 ildir ki, yemək bişirən Bernard Vaussion bütün Fransa prezidentlərinin iştahlı olduqlarını, lakin Ollandın xüsusilə “iştahlı” olduğunu deyib. Ənginarı heç sevməyən Olland ən çox balıq sevir. Vaussion, şokolod vurğunu olan Sarkozidən sonra Ollandın da şokolad sevdiyini deyib. Baş aşpaz özünə əminliyini vurğulayaraq Yeliseydə yeməklərin yoxlanışdan keçmədiyini bildirib: “Ziyarətə gələn bəzi ərəb liderləri yoxlama aparardı. 40 ildir burdayam, artıq etibar edirlər” .

Merkelin baş aşbazı


Merkelin mətbəx zövqü VİP şeflərin görüşündə də sirr olaraq qalıb. Onun sadəcə fransız mətbəxini sevdiyi deyilib. Merkelin baş aşbazı Ulriç Kerz Merkelin hansı yeməyi sevdiyini söyləməyəcəyini, əks təqdirdə dünyanın hər yerində eyni şeyin bişirilib kanslerə veriləcəyini deyib: “Almaniya kansleri sadə və ləzzəli alman yeməklərini sevir. Noeldə ailəsinə öz əlləri ilə hind toyuğu və qaz əti bişirir”.

Obama yeməklə istirahət edir

ABŞ lideri Barak Obamanın mətbəx şefi Kristeta Komerford isə 2006-cı ildən bəri Klinton və Buş ailəsindən sonra indi də Obama ailəsinin xidmətindədir. Baş aşbaz Obamanın çuğundura nifrət etməsi ilə bağlı çox danışmaq istəmir. Təcrübəli aşbaz bunları deyib: “Obama çox şeyi sevir. Mənim vəzifəm onları onlara ən yaxşı yeməklə istirahət bəxş etmək və sağlam olmalarını təmin etməkdir. Xanım Obama da Ağ sarayın bağçasında yaratdığı bostanla sağlam yemək məsələsində mesaj vermiş olur”.

Buckingham Sarayında dörd nəsildir ki kral ailəsinin baş aşpaz vəzifəsini icra edən Anton Mosimann sarayın gənc üzvlərindən olan Keyt Middletonun daha yüngül souslar hazırlamasını sifariş verdiyini deyir. Monaka sarayının şefi Kristian Qarsiaya görə Prens Albertin qastranomiya ilə maraqlanır, Aralıq dənizi mətbəxinin yengül yeməklərini sevir.