“Qərbin dəstəyi olmadan xalq istəsə belə, inqilab edə bilməz”

qerbin-desteyi-olmadan-xalq-istese-bele-inqilab-ede-bilmez
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumiatına görə, bu sözləri Azərbaycanın ABŞ-da yaşayan eks-spikeri Rəsul Quliyev rasulguliyev.wordpress.com blogunda oxucuların suallarını cavablandırarkən deyib. R. Quliyev bildirib ki, Azərbaycanda müəyyən bir hərəkət olsa, qərb Rusiyanı bu məsələlərə qarışmaqdan distansiyda dayanmağa məcbur edə bilər və edəcək: “Xalq hərəkətə gəlməsə ona kömək etmək mümkün deyil. Qərb güclünü dəstəkləmir, qərb yaranmış vəziyyətdə özünün bir şey edə bilməyəcəyi gücsüzlüyünü dəstəkləyir”.


R. Quliyev həmçinin, iqtidar daxilində hakimiyyətə iddialı liderin olub-olmaması barədə sualı da cavablandırıb: “Liderləri zəif olduğu üçün hər birinin könlündən prezident olmaq keçir. Ancaq sistem elə qoyulub ki, hamısı bir-biri ilə düşmən kimidir. Hansısa qüvvələr birləşib indiki prezidentə alternativ güc yarada bilmir. Yuxarıdan aşağıya hökumət işçilərinin hamısı müxtəlif səviyyəli və kifayət qədər çoxsaylı cinayət törətdiklərindən hər birini istənilən vaxt həbs etmək olar. Fərhad Əliyev və Əli İnsanov əməliyyatı indikilərin yaddaşında yaxşı oturub”.