“Qucaqla məni” - Video

qucaqla-meni-video-
Oxunma sayı: 690

“Eurovision-2008”in qalibi Dima Bilan və “Eurovision-2011”in qalibi Nigar Camalın duetlərinin video klipinin təqdimatı olub. “Qafqazinfo”nun məlumatına görə, “Qucaqla məni” (“Obnimi menya”) mahnısının klip çəkilişləri Kiyevdə aparılıb. Klipi rejissor Aleksey Lamax ekranlaşdırıb. Qeyd edək ki, Nigar Camalın “Crush on you” və “Never let you go” musiqili sosial videoçarxını da Aleksey Lamax çəkib.

“EuroClub”da keçirilən tədbirdə Nigar Camal bir neçə mahnı ifa edib. O, bütün mahnılarını hər iki qızı ilə bərabər oxuyub. Daha sonra səhnəyə Dima Bilan çıxıb. 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində qalib olan Dima Bilan öz musiqi qrupu ilə birgə repertuarındakı mahnıları ifa edib. “Azərbaycan möhtəşəm müsabiqə keçirir. Burada hər şeyi bəyənirəm və sevinirəm ki, hər şey Azərbaycanda baş verir. Bu səhnədə, sizlərin qarşısında çıxış etməkdən məmnunam”. Dima səhnədəcə Bakıdakı müsabiqənin ən yaşlı fanatı Ella Kastneri salamlayıb.

Nigar