Saakaşvili ailəsi ilə səs verdi - Fotolar

saakasvili-ailesi-ile-ses-verdi-fotolar-
Oxunma sayı: 650

“Qafqazinfo”nun Gürcüstan KİV-nə istinadən verdiyi xəbərə görə, prezident seçki məntəqəsinə həyat yoldaşı və kiçik oğlu ilə gəlib.

Saakaşvili bildirib ki, bu, ölkəsi üçün tarixi gündür və dövlətçiliyin taleyi həll olunur: “Tamamilə əminəm ki, bizim xalqımız hər zaman düzgün qərar qəbul edib və indi də həmin məqamdır. Mən xalqımızın müdrikliyinə və uzaqgörənliyinə inanıram. Seçkilərdə yüksək aktivlik olacağına ümid edirəm. ..Mən sizdən xahiş edirəm emosiya ilə deyil, ağılla hərəkət edin. Xatırlayın, biz 10 il əvvəl harda idik və qiymət verin, indi haradayıq...Evdə oturmayın, səsverməyə gəlin... Gürcüstan və gürcü xalqı qalib gələcək”.

Qeyd edək ki, Saakaşvilinin əsas rəqibi Bidzini İvanişvili Fransa vətəndaşı olduğu üçün özü səsvermədə iştirak etmir, lakin seçki məntəqəsinə yoldaşı ilə birlikdə gələcək.