Şahlar Əsgərovun oğlu işdən qovuldu

sahlar-esgerovun-oglu-isden-qovuldu
Oxunma sayı: 2442

Görünür, hörmətli professorun forumdakı çıxışı hakimiyyətin yuxarı eşalonunda təmsil olunanları razı salmayıb. Aldığımız ən son məlumat bunu deməyə əsas verir. Məlumatlı mənbənin sözlərinə görə, Ş.Əsgərovun Prezident Administrasiyasında referent vəzifəsində çalışan oğlu Anar Əsgərov işdən qovulub. Oğul Əsgərovu çağıraraq atasının Ziyalılar Forumundakı çıxışına görə işdən çıxarıldığını deyiblər və ona PA-dakı iş yerindən şəxsi əşyalarını da götürməyə imkan verməyərək binadan çıxarıblar.
Yaxın günlərdə YAP-çı professorun qardaşı Regional Yaşıllaşdırma İdarəsinin rəhbəri Akif Əsgərovun, Ədliyyə Nazirliyində yüksək vəzifə tutan bacısı oğlu Sübhan Kazımovun da işdən çıxarılacaqları barədə də xəbərlər var. Ş.Əsgərovun özünün isə YAP İdarə Heyətindən və YAP-ın Kəlbəcər şöbəsinin sədrliyindən götürüləcəyi də gündəmdədir.

Qeyd edək ki, bir qədər əvvəl Ş.Əsgərovun Ziyalılar Forumunda iştirak edərək çıxış etməsinin hakim partiyada, həmçinin Prezident Administrasiyasında kəskin reaksiya doğurması barədə məlumat yaymışdıq. Həmin xəbərdə də iddia edilirdi ki, yaxın günlərdə Ş.Əsgərovun partiyada qalıb-qalmayacağı məsələsi İdarə Heyətində qoyulacaq. Ş.Əsgərov qəzəbə doğuran çıxışında bildirib ki, dünyada dəyişməz qanun var, o da hər şeyin dəyişməsidir. Həmçinin demişdi ki, ölkəni köhnə təfəkkürlə idarə etmək olmaz.

Yeni Müsavat