“Ştrasser Azərbaycanda aranı qarışdırmaq istəyir”

strasser-azerbaycanda-arani-qarisdirmaq-isteyir
Oxunma sayı: 690

“Qafqazinfo” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Trendə açıqlamasında deyib. “2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirildikdən sonra onlarla adam seçkinin nəticəsinə etiraz etdiyinə görə öldürüldü, lakin həmin məruzəçi bir dəfə də olsun səsini çıxarmadı. Ermənistanda hazırda bir çox adam siyasi dünyagörüşünə görə, həbsdədir, ancaq Ştrasser bu barədə danışmır”.

Millət vəkili Azərbaycanda demokratik prosesin uğurla getdiyini vurğulayıb.

Avropa Şurasının məruzəçisi Kristof Ştrasser iddia edir ki, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Bundan əlavə, Ştrasserin iddialarına görə, bu məhbuslarla bağlı hesabat hazırlamaq onun səlahiyyətindədir.