Bu parkda da pulsuz “WiFi” var

bu-parkda-da-pulsuz-wifi-var
Oxunma sayı: 1151

“Baktelecom” “Pulsuz WiFi” zonalarının sırasına daha birini əlavə edib. Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gündən etibarən “Dədə Qorqud” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər. 

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb. 

“Baktelecom” tərəfindən hazırda daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə qoşulma nöqtələrinin sayı artırılır. Yaxın zamanda Nərimanov parkında quraşdırılma işləri yekunlaşdırılaraq şəbəkənin aktiv edilməsi gözlənilir. İlin sonuna kimi əhalinin sıx istirahət etdiyi digər parklar da ictimai internet şəbəkəsinə qoşulacaq.