Bu yolda hərəkət məhdudlaşdırılır

bu-yolda-hereket-mehdudlasdirilir
Oxunma sayı: 871

Aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.