Burak Özcanın bu paylaşımına çox əsəbiləşəcək

burak-ozcanin-bu-paylasimina-cox-esebilesecek
Oxunma sayı: 3606

Aktyor-müğənni Özcan Dəniz keçmiş sevgilisi Fahriye Evcənin fotosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda aktyor Burak Özçivitlə ailəli olan Fahriye ilə “Evim sənsən” filmindən kadrı İnstaqramında yerləşdirən Özcan izləyicilərin tənqidi ilə üzləşib.

İnstaqram istifadəçiləri “İkiniz də evlisiniz, səncə, bu paylaşım doğrudur?” deyə iradlarını bildirib. 

Qeyd edək ki, Fahriye ilə Özcan 4 illik münasibətlərinə 2012-ci ildə“Evim sənsən” filminin çəkilişindən sonra son qoymuşdular.