Cəlilabadda kütləvi davada 1 nəfər yaralandı

celilabadda-kutlevi-davada-1-nefer-yaralandi
Oxunma sayı: 1452

Cəlilabad rayonunda kütləvi dava olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Ağayev Səyyad Sədulla oğlu hələlik məlum olmayan səbəbdən bir neçə tanıdığı şəxslə mübahisə edib. Mübahisə nəticəsində S. Ağayev göz nahiyəsindən xəsarətlər alıb. Yaralıya xəstəxanada müvafiq tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır. 

Emin Kərimov