Çempionlar Liqasında 3-cü mərhələ

cempionlar-liqasinda-3-cu-merhele
Oxunma sayı: 652

“Qafqazinfo”nun verdiyi məlumata görə, oyun günündə 12 qarşılaşma baş tutacaq.
Avstriyanın “Zalsburq” klubunu 2 oyunun nəticəsinə görə məğlub edərək ÇL-in sensasiyasına imza atan “Düdelanj” Sloveniyada “Maribor”un qonağı olacaq. Ötən il UEFA-nın verdiyi cəza ilə avrokuboklardan uzaqlaşdırılan “Fənərbaxça” isə yenidən qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayır. İstanbullular “Vasluy”la qarşılaşacaq.

1 avqust
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları

21:00. BATE (Belarus) - "Debretsen" (Macarıstan)
21:30. "Hapoel" (İroni Kiryat, İsrail) - "Neftçi" (AZƏRBAYCAN)
22:00. "Molde" (Norveç) - "Bazel" (İsveçrə)
22:00. "Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya)
22:45. "AEL Limassol" (Kipr) - "Partizan" (Serbiya)
23:00. "Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika)
23:00. "Anderlext" (Belçika) - "Ekranas" (Litva)
23:00. "Maribor" (Sloveniya) - "Düdelanj" (Lüksemburq)
23:45. "ÇFR Kluj" (Rumıniya) - "Slovan" (Çexiya)
23:45. "Slask" (Polşa) - "Helsinburq" (İsveç)
23:45. "Fənərbaxça" (Türkiyə) - "Vasluy" (Rumıniya)
23:45. "Seltik" (Şotlandiya) - HJK (Finlandiya)


Ceyhun Əhmədov