Ceyhun Osmanlının anası işdən çıxarılıb? - Rəsmi cavab

Ceyhun Osmanlının anası işdən çıxarılıb?
Oxunma sayı: 8879

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılıb.

"Qafqazinfo" Criminal.az saytına istinadən xəbər verir ki, direktorla bağlı qərar bu gün açıqlanıb. 

Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldıığını elan edib.

Qeyd edək ki, X. Osmanova sabiq deputat Ceyhun Osmanlının anasıdır.

Xatırladaq ki, aprelin əvvəlində 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intihar hadisəsi orta məktəblərdə direktor-şagird münasibətlərini gündəmə gətirmişdi. Bundan sonra Təhsil naziri Ceyhun Bayramov məktəb direktorları ilə görüşərək onlara "Hər bir şagirdinizi tanıyın" deyə tapşırıq vermişdi. Daha sonra əlavə olunmuşdu ki, şikayət daxil olan direktorlarla bağlı yaxın vaxtlarda ciddi ölçülərin götürülməsinə başlanılacaq. 

Artıq bu gün Siyəzəndə də məktəb-lisey direktoru Yeganə Əliyeva vəzifəsindən azad olunub. Onun məhz məlum şikayət səbəbləri ilə işdən çıxarıldığı açıqlanıb. 

***

“Qafqazinfo” məsələ ilə bağlı keçmiş deputat Ceyhun Osmanlıdan münasibət öyrənib. C. Osmanlı yayılan məlumatların doğru olmadığını, anasının səhhəti ilə əlaqədar bir neçə günlük bülletenə çıxdığını deyib:

"Yəni işdən azad edilməsi doğru deyil. Onun səhhəti ilə bağlı bülletenə çıxması ötən il də baş vermişdi.  Daha sonra yenə işinin başına qayıdıb”.

 “Qafqazinfo” həmçinin sözügedən  Gimnaziya ilə də əlaqə saxlayıb. Bildirilib ki, direktor bu gün işə çıxmayıb və gün ərzində də olmayacaq.

***

Təhsil Nazirliyindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru vəzifədən uzaqlaşdırılmayıb.

 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi