Ceyhun Osmanlının məqaləsi ərəb qəzetlərində

ceyhun-osmanlinin-meqalesi-ereb-qezetlerinde
Oxunma sayı: 1470

Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələr və innovasiyara məsul olan İdarə Heyəti üzvü Ceyhun Osmanlının İraqın  Ahewar.org və Misirin Asiaelyoum.com informasiya agentliklərində məqaləsi dərc edilib.

“Qafqazinfo” xəbər verir ki, məqalədə Cümhuriyyət tarixinin 100-cü ilini qeyd edən Azərbaycan, həm də 2025 Universal Ekspoya ev sahibliyi etməyə iddialı olan Avropanın ilk müsəlman ölkəsi olduğu qeyd edilib. 

C. Osmanlı yazıda yazıb ki, 2018-ci ildə 100 illik yubileyi qeyd ediləcək Müsəlman Şərqində ilk Parlament Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarını yaratmaq qabiliyyətinin təzahürüdür.

“Onu da bilirik ki, 1918-də Azərbaycanda qadınlara səs vermək hüququ verilib. Sadə bir nümunə olaraq qeyd edək ki, bu hüquq qadınlara Kanadada 1940, Fransada 1940, İtaliyada 1945, Yaponiyada 1945, Yunanıstanda 1949-cu ildə verilmişdir. Azərbaycan qadınları cəmiyyətimizin tamhüquqlu üzvləridir, ölkənin hər sahəsində fəal iştirak edirlər, istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət həyatında rolları böyükdür. Azərbaycan dövlətinin həyata keçirdiyi qadın siyasəti öz uğurlu bəhrəsini verir”.

1.  http://www.asiaelyoum.com/71036/2018/01/15/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A5%D8%B6%D8%A7%D8%A1%D8%A7%D8%AA-%D9%81%D9%8A-%D9%82%D9%84%D8%A8-%D8%A7%D9%84%D8%AA%D8%A7%D8%B1%D9%8A%D8%AE-%D9%88%D8%A7%D8%B3%D8%AA%D8%B6%D8%A7/

2.  http://www.m.ahewar.org/s.asp?aid=585784&r=0