Cəzalandırılan aparıcı efirə qayıdır

cezalandirilan-aparici-efire-qayidir
Oxunma sayı: 4750

Bir müddətdir ki, efirlərdən uzaq qalan aparıcı Zühal Topal geri qayıdır. “Qafqazinfo” xəbər verir ki, Türkiyə Radio və Televiziya Şurası (RTÜK) tərəfindən evlilik proqramı bağlanan aparıcı başqa formatda layihə hazırlayıb. 

Zühal TV 8-də yayımlanan “Yemekteyiz”ə bənzəyən verilişin aparıcısı olacaq. Proqram Fox TV-də yayımlanacaq.

Artıq aparıcı kanal rəhbərliyi ilə müqavilə imzalayıb. 

Qeyd edək ki, "Zühal Topalla" adlı evlilik verilişi RTÜK tərəfindən dəfələrlə cərimələnmiş, daha sonra Şura proqramın bağlanması barədə qərar vermişdi.