“Çirkin, yaşlı, dəli...” - Aparıcı bu dəfə fotoşopsuz

cirkin-yasli-deli
Oxunma sayı: 7663

Fotoşoplu şəkilləri ilə tanınan aparıcı Seda Akgül bu dəfə təbii halı ilə izləyicilərin qarşısına çıxıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, evdə çəkilmiş fotolarını İnstaqram səhifəsində paylaşan Seda yazıb:

“Hamınızın maraqla gözlədiyi şəkilləri Barış Nalbandoğlu çəkdi. Fotoşop, makiyaj yoxdur. Nə deyəcəksiniz? Çirkin, yaşlı, dəli... Xoşbəxtəm. Vəssalam!”.