CNN əməkdaşları canlı efirdə evakuasiya edildilər - Bomba həyəcanı

cnn-emekdaslari-canli-efirde-evakuasiya-edildiler
Oxunma sayı: 1146

CNN telekanalının yerləşdiyi bina partlayıcı qurğu olması ilə bağlı daxil olan məlumatdan sonra ötən gecə Nyu-York polisi tərəfindən boşaldılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları ərazini avtomobillər və piyadaların hərəkəti üçün bağlayıb. 

Daha sonra bomba ilə bağlı elan edilən həyəcan siqnalının yalan olduğu məlum olub. 

Qeyd edilir ki, binanın daxilindəki CNN-in bürosu da evakuasiya edilən zaman telekanal canlı olaraq şou yayımı həyata keçirib.