Daha bir modul məktəb istifadəyə verildi

daha-bir-modul-mekteb-istifadeye-verildi
Oxunma sayı: 1275

Bu gün Quba rayonunun Çağacıq kəndində yeni modul tipli məktəb istifadəyə verilib.

"Qafqazinfo" xəbər verir ki,  56 şagird yerlik məktəb 5 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.

Məktəbdə təhsil alan İsmət Ağayev 2015-ci ildə Riyaziyyat üzrə Respublika fənn olimpiadasında birinci yerin qalibi olub.

Bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib və bu iş hazırda davam etdirilir.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir.