Demetin kimin toyuna gəldiyi məlum oldu - Toy sahibi danışdı

Demetin kimin toyuna gəldiyi məlum oldu
Oxunma sayı: 8749

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlmişdi. 

Daha sonra bəzi media orqanlarında Bakının ən məşhur restoranlarının birində baş tutan məclis sahibinin “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanovun qardaşı olması ilə bağlı məlumatlar yayımlanmışdı və Demetin Azərbaycana 120 min dollar qonorar qarşılığında gəldiyi iddia edilmişdi.

20 ildən artıq Türkiyədə yaşayan və işləyən iş adamı Vəfadar Həsənov “Qafqazinfo ilə əlaqə saxlayaraq yayılan məlumatlara aydınlıq gətirib. O qeyd edib ki, həmin toyun sahibi özüdür və Demet Akalınla uzun illərdir ki, ailəvi dostdurlar:

“Demet xanım özü hədiyyə olaraq oğlumun kiçik toy məclisinə qatılmağı və orada qonaq qismində iştirak etməyi təklif edib və mən də qəbul etmişəm”.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi