Demetin qəzaya düşən əri xəstəxanada öldü

demetin-qezaya-dusen-eri-xestexanada-oldu
Oxunma sayı: 1635

Türkiyənin serial və kino ulduzu Demet Akbağın əri Zafer Çika vəfat edib.  “Qafqazinfo” xəbər verir ki, İzmirdə ağır qəzaya düşən Z. Çika xəstəxanaya yerləşdirilib.

9 Eylül Universiteti Tibb Fakültəsi Xəstəxanasında həkimlərin müdaxiləsinə baxmayaraq aktrisanın həyat yoldaşını xilas etmək mümkün olmayıb. Çikanın cəsədi ekspertiziya üçün İzmir Tibb Qurumuna göndərilib. 

Xatırladaq ki, qəza ötən gün baş verib. İzmirin Çeşmə ərazisində Muammer Rendanın idarə etdiyi 35 S 7580 dövlət nişanlı avtomobil dərəyə aşıb. 

Z. Çikanın dostu olan M. Rendainin vəziyyəti ağırdır.