Deputatın evini yandırmaqda ittiham olunan ilahiyyatçıdan - Məktub

deputatin-evini-yandirmaqda-ittiham-olunan-ilahiyyatcidan-mektub
Oxunma sayı: 651

Hacı Talenin yaxınlarının İslamazeri.az İnternet Qəzetinə verdikləri məktubun mətnini təqdim edirik:

"Bismillahir Rəhmanir Rəhim. Salam olsun şərəf və ləyaqətlərini qoruyaraq hicabın müdafiəsinə qalxan mərd kişilərə!
Sizlər imam Hüseynin (ə) "Mənə kömək edən varmı?!" sədasına ləbbeyk deyənlərsiniz. Öz qədrinizi bilin. Sizi əmin edirəm ki, əgər mübarizə yolunda sabitqədəm qalıb və ömrünüzü bu yolda tamam etsəniz, onda Qiyamət günü imam Hüseyn əleyhissalamın (ruhumuz ona fəda olsun) cərgəsində duracaqsız.

Xoş o adamların halına ki, imam Hüseynin (ə) cərgəsində olacaqlar. Sizlərin haqqında necə böyük məqam sahibləri olmağınızı qələmə almağa acizəm. Allah(c.c) sizin kimi mücahidlərə xatir bizlərə rəhm etsin. Sizlərlə fəxr edirik!"./İslamazeri.az/