Deputatlarla bağlı qanun müzakirə olundu

Deputatlarla bağlı qanun müzakirə olundu
Oxunma sayı: 22

Bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. 

“Qafqazinfo”  xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, iclasda “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunub: “Bu qanun layihəsi yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, qanunun müddəalarına əməl etməyə borcludur. Qanun layihəsinin məqsədləri deputatların fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın, deputatların fəaliyyətində maraqların toqquşması hallarının qarşısının alınması, deputatın etik davranış qaydalarına əməl edilməsinin təmin olunması və deputatların fəaliyyətinə ictimai etimadın gücləndirilməsidir. Deputatın etik davranış qaydaları haqqında qanunvericilik Konstitusiyadan, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanundan, Milli Məclisin Daxili Nizamnaməsindən, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanundan, Azərbaycannın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun hazırlanmış digər normativ hüquqi aktlardan ibarətdir”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi