DİM 189 abituriyentə çağırış etdi

dim-189-abituriyente-cagiris-etdi
Oxunma sayı: 648

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap edirlər.

"Qafqazinfo"ya DİM-dən daxil olan məlumata görə, 26 iyul saat 10:40-a olan məlumata əsasən imtahanda iştirakı gözlənilən 832 abituriyentdən 189 nəfəri hələ də “imtahana buraxılış vərəqəsi”ni çap edib götürməyib.

“İmtahana buraxılış vərəqəsi”ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt  və s. haqqında  məlumatlarla tanış olmaq olar.