Dindarlar cənubda toplaşdılar

dindarlar-cenubda-toplasdilar
Oxunma sayı: 639

DQİDK mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbir çərçivəsində . “Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik” mövzusunda olan I plenar iclasda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda çıxışı zamanı Azərbaycan xalqının islam mədəniyyətinə töhfələrindən geniş söz açıb. Bildirib ki, əsrlərdir ölkəmizdə dinlərarası münasibətlər sağlam şəkildə formalaşıb.. “Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir”, - deyə Elçin Əsgərov fikirlərini tamamlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı “Dindarlıq və vətəndaşlıq mövqeyi” mövusunda çıxış edərək hər bir vətəndaşın dinindən asılı olmayaraq öz vətəni qarşısında olan vəzifələrindən danışıb. Ümummilli məsələlərdə hər bir Azərbaycan vətəndaşı birlik nümayiş etdirməli, ölkəmizin inkişafına çalışmalıdır.

Daha sonra “Dini radikalizm və onunla mübarizə üsulları” adlı II plenar iclasda Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Aqil Şirinov “İslamın radikalizmə və ifratçılığa qarşı münasibəti” (Qurani-Kərim və hədislər işığında), Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası” mövzularında məruzə ilə çıxış ediblər

”Dini icmalar: problemlər, reallıqlar və gözləntilər” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini icmaların fəaliyyətində meydana gələn problemlərdən, icma üzvlərinin üzərinə düşən vəzifələrdən geniş söz açıb.

Dövlət Komitəsinin mətbuat katibi Orxan Əli “Dini icmalar və yeni media” mövzusunda məruzə ilə çıxış edərək müasir dövrdə yeni media, sosial şəbəkələrin əhəmiyyətindən danışıb. O. Əli Dövlət Komitəsinin yeni saytını da dini icmaların nümayəndələrinə təqdim edib və onlayn şəkildə Dövlət Komitəsinə müraciət üçün saytın imkanların qeyd edib.

Qeyd edək ki, regional konfrans sabah da öz işini davam etdirəcək.