Dino Ndlovu milliyə çağırıldı

dino-ndlovu-milliye-cagirildi
Oxunma sayı: 2274

“Qarabağ”ın hücumçusu Dino Ndlovu uzun fasilədən sonra CAR yığmasına çağırılıb. “Qafqazinfo” xəbər verir ki, yığmanın çalışdırıcısı Stüart Bakster Ağdam klubunun forvardına dəvət göndərib. 

Ndlovu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Burkina Fasoya qarşı evdə keçiriləcək matçın iştirakçısı olacaq. 

Qeyd edək ki, CAR yığmasında 2012-ci ildə debüt edən Dino Ndlovu bu vaxta qədər millidə 4 oyun keçirib.