DSX əməkdaşı yol qəzasında ölüb

dsx-emekdasi-yol-qezasinda-olub
Oxunma sayı: 4828

Balakəndə ölümlə nəticələnən yol qəzası olub. "Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib.

1985-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda doğulan, hazırda Balakən rayonunda yaşayan Ülvi Mütəllim oğlu Əliyev idarə etdiyi minik avtomobili ilə yol qəzası törədib. O, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Ü.Əliyev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Ü.Əliyev DSX əməkdaşı olub.