YUNESKO-nun dünya mədəni irs siyahısına 6 ölkədə 6 yeni yer əlavə edilib.
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, bu barədə qərar qurumun Polşanın Krakov şəhərində keçirilən illik iclasında alınıb.
Həmin bölgələri təqdim edirik:
Əsməra / Eritreya
Bu şəhər müasir şəhər formasının nadir nümunələrindən biri kimi qəbul edilib.
.jpg)
Mbanza Konqo / Anqola
Keçmiş “Konqo krallığı”nın paytaxtı olmuş bu şəhər 15-ci əsrdən günümüzə qədər qalıb.
.jpg)
Xomani / Cənubi Afrika
Bu bölgə “Daş dövrü”ndən izləri özündə qoruyur. İnsanların çətin çöl şəraitində necə yaşadığını göstərən nadir yerlərdəndir.
.jpg)
Sambor Prei Kuk / Kamboca
Tarixi 6-cı əsrə qədər gedən bu qədim şəhərdə çoxlu sayda məbədlər var.
.jpg)
Kulanqsu / Çin
Çində yerləşən bu ada da əsrarəngiz gözəlliyi ilə diqqətləri cəlb edir.
.jpg)
Əhmədabad / Hindistan
1411-ci ildə Əhməd Şah tərəfindən salınan bu şəhər hazırda Qucarat ştatının ən böyük şəhəridir.
.jpg)
Son xəbərlər
Son Xəbərlər