Dünya ulduzu Bakıya gələsi olmadı

dunya-ulduzu-bakiya-gelesi-olmadi
Oxunma sayı: 1743

Dünyaca məşhur müğənni Sem Smit Azərbaycana gəlməyəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Formula 1” Azərbaycan Qran Prisinin rəsmi instaqram səhifəsində məlumat verilib. 

Bildirilib ki, sənətçinin Cənubi Afrika konsert turu uzun çəkib və həkimlər ona çıxışlarına fasilə verməsi barədə tövsiyə edib. Bu səbəbdən ifaçının şənbə günü baş tutan konserti ləğv edilib.