Dünyanın ən sürətli avtomobili təqdim olundu - Fotolar

dunyanin-en-suretli-avtomobili-teqdim-olundu
Oxunma sayı: 11153

Xəbər verdiyimiz kimi, Yaponiyanın “Aspark” şirkəti dünyanın ən sürətli avtomobilini hazırlayıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, hiperkar Frankfurt sərgisində rəsmən təqdim olunub.

Avtomobil saatda 100 km sürəti 2 saniyədən az vaxtda yığır. Hazırda saatda 100 km sürəti ən qısa müddətdə yığan dünyanın ən sürətli avtomobili “Dodge Challenger SRT Demon”dur (2,3 saniyə). Bu baxımdan o, “Bugatti Chiron”dan bir qədər sürətlidir. Belə ki, “Bugatti Chiron” həmin nəticəni 2,4 saniyə ərzində əldə edir.

“Owl”un gövdəsi karbon liflərindən hazırlanıb. Onun hündürlüyü isə 990 millimetrdir. Karbon gövdənin öz çəkisi 50 kq, avtomobilin çəkisi isə gövdə ilə birlikdə 850 kq təşkil edir.

Elektromobil 430 at gücündə olan iki elektromühərriklə təchiz olunub. Avtomobilin çəkisini azaltmaq üçün iki ədəd böyük olmayan və çəkisi az olan batareyalardan istifadə olunub. Tam enerji ilə dolu vəziyyətdə 150 km yol qət edə bilir.