“El Klassiko” elə “El Klassiko”dur

el-klassiko-ele-el-klassikodur
Oxunma sayı: 654

Fevralın 26-da “Real”a 3-1 hesabı ilə məğlub olan “Barsa” bu oyuna yarımmüdafiənin düşünən beyini Xavisiz çıxacaq. Bu dəfəki “El Klassiko” bəlkə də tarxin ən maraqsız “El Klassiko”su olacaq. Çünki çempion demək olar ki,artıq məlumdur, iki klubu bir-birindən 16 xal ayırır. Maurinyo Ronaldonu “Çempionlar liqa”sının cavab görüşündə “Mançester”ə görə oyuna salmaya da bilər . Bütün bu faktorlar bu görüşü maraqsız edə bilər. Ancaq bu da birmənalı deyil. Nə də olmasa bu “El Klassiko” dur. 1 əsirdən çox yaşı olan amansız mübarizə.

İqbal