Eldar Mahmudovun əmisi oğlunun məhkəmə tarixi açıqlandı

eldar-mahmudovun-emisi-oglunun-mehkeme-tarixi-aciqlandi
Oxunma sayı: 1606

Keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə istintaq yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İşə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq. İlkin hazırlıq iclası mayın 1-nə təyin edilib.

V.Mahmudov mənimsəmədə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə saxtakarlığı və Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma maddələrinin bir neçə bəndi üzrə ittiham olunur.

V.Mahmudovun əməllərindən zərər çəkənlər – “Bakı Metropoliteni”nin keçmiş sədri Tağı Əhmədov, oğlu Şövqi Əhmədov, qohumu Elşən Tağıyev, iş adamları Maqsud Mahmudov, Zaur Əzimov, Sahib Qurbanov və Tural İsgəndərli adlı şəxsdir.