Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfirini qəbul edib

elmar-memmedyarov-pakistanin-azerbaycandaki-sefirini-qebul-edib
Oxunma sayı: 651

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı səfir Həmid Azərbaycanda Pakistanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.
Məmmədyarov öz növbəsində Əbdül Həmidə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Nərgiz Ehlamqızı