Elşad İskəndərovun Türkiyəyə girişi qadağan olunub?

elsad-iskenderovun-turkiyeye-girisi-qadagan-olunub
Oxunma sayı: 6170

Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərovun Türkiyəyə girişi qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatının yanvarın 15-də keçirilən toplantısında qalmaqallı açıqlamadan sonra verilib. Belə ki, tədbir zamanı Körfəz ölkələrindən birini təmsil edən, adı açıqlanmayan səfirlərdən biri “Azərbaycan Xarici İşlər Nazirliyindən olan səlahiyyətli şəxs bizim ölkənin Bakıdakı səfirliyinə gələrək Türkiyənin bizə qarşı təxribat hazırladığını söyləyib” deyərək izahat tələb edib. Onun bu sözlərindən sonra Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Şahin Abdullayev məsələni Azərbaycanda aidiyyatı qurumlara məruzə edəcəyini bəyan edib. 

Türkiyə mediası bildirir ki, Azərbaycan adından xarici səfirliyə məlumat verən şəxsin Elşad İskəndərovun olduğu ortaya çıxandan sonra onun Türkiyəyə giriş və səyahətinə qadağa qoyulub. 

“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. XİN-dən bildirilib ki, bununla bağlı günün ikinci yarısında rəsmi açıqlama veriləcək.