Eltac Səfərli evləndi - Foto

eltac-seferli-evlendi
Oxunma sayı: 9677

Dekabrın 3-də Azərbaycan millisinin şahmatçısı Eltac Səfərlinin toyu olub.

“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı şahmatçının nişanlısı Ləman Maqsudlu ilə paytaxt restoranlarından birində keçirilən toy mərasimində E. Səfərlinin həmkarları və şou-biznes nümayəndələri də iştirak edib.

Toydan fotolar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, cütlük bu ilin mayında nişanlanmışdı.