Dekabrın 3-də Azərbaycan millisinin şahmatçısı Eltac Səfərlinin toyu olub.
“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı şahmatçının nişanlısı Ləman Maqsudlu ilə paytaxt restoranlarından birində keçirilən toy mərasimində E. Səfərlinin həmkarları və şou-biznes nümayəndələri də iştirak edib.
Toydan fotolar sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, cütlük bu ilin mayında nişanlanmışdı.
Son xəbərlər
Son Xəbərlər