SSRİ Xalq artisti, Rusiya müğənnisi Alla Puqaçovanın ikimənalı İnstaqram paylaşımı izləyicilərini təşvişə salıb.
“Qafqazinfo”nun məlumatına görə, Moskva Mərkəzi Univermağının fəşn-direktoru Alla Verberin vəfatı ilə bağlı qara fonda yanan şam şəkli paylaşan Xalq artisti ona “Əlvida, Alla” şərhini yazıb.
Bir anlıq Verberin öldüyünü unudan izləyicilər Puqaçovanın vəfat etdiyini zənn edib. Müğənninin paylaşımına “Aman Allah, qorxdum”, “Dəhşət. Heç olmasa aydın yazın”, “Hüznləndim, sonra dərhal başa düşdüm” və s. şərhlər yazılıb.
Qeyd edək ki, “Mercury” zərgərlik şirkətinin vitse-prezidenti Alla Verber 62 yaşında İtaliyada dünyasını dəyişib.

Son xəbərlər
Son Xəbərlər