Elxan Məmmədov UEFA İK-də yer alacaqmı?

elxan-memmedov-uefa-ik-de-yer-alacaqmi
Oxunma sayı: 682

Bu gün UEFA-nın növbəti konqresi keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək toplantıda UEFA İcraiyyə Komitəsinə seçkilər də keçiriləcək və AFFA-nın baş katibi Elxan Məmmədovun həmin quruma üzvü olmaq üçün namizədliyini irəli sürüb.

Seçikidə iştirak edən 13 federasiya rəsmisi 8 vakant yer üçün mübarizə aparacaq. Bunlar Elxan Məmmədovla (Azərbaycan) yanaşı, Zbinqnievn Boniek (Polşa), Marios Lefkaritis (Cənubi Kipr), David Gill (İngiltərə), Servet Yardımcı (Türkiyə), Karl-Erik Nilson (İsveç), Reinhard Qrindel (Almaniya), Mişel Uya, (İtaliya), Con Delaney (İrlandiya), Kayrat Boranbayev (Qazaxıstan), Armand Duka (Albaniya), Kieran O'Konnor (Uels) və Mixael Van Praqdı (Hollandiya).

Konfrans Bakı vaxtilə saat 11:00-da başlayacaq.