Ən populyar smartfonun adı açıqlanıb

en-populyar-smartfonun-adi-aciqlanib
Oxunma sayı: 2086

2017-ci ilin dördüncü rübünün dünyada ən çox satılan satılan smartfonu "iPhone X" olub.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bu barədə "Canalys" analitik şirkəti məlumat yayıb.

Bildirilir ki, "Apple" 29 milyon smartfon satıb, onlardan 7 milyonu yalnız Çində satılıb.

Qeyd olunur ki, Şirkətin rekord satış həcminə "hissə-hissə ödəmənin" tez rəsmləşdirmə imkanı və köhnə model smartfonun əlavə ödənişlə yenisinə dəyişdirilməsi proqramı təsir göstərib.