Erməni əsgər Bakıya gətirildi

ermeni-esger-bakiya-getirildi
Oxunma sayı: 1386


Ş.Sayılov bildirib ki, bayram günlərindən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüş keçiriləcək və erməni əsgərin geri qayıtmaq və yaxud üçüncü ölkəyə getmək istəyi öyrəniləcək.

Ş.Sayılovun sözlərinə görə, ilkin araşdırmalardan sonra erməni əsgərin azaraq Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçdiyi müəyyənləşib.

Dövlət Komissiyasının katibi bildirib ki, erməni əsgərin üstündə heç bir sənədi olmadığı üçün onun dəqiq kimliyi barədə nəsə söyləmək çətindir. Ancaq erməni əsgərin İnciqulyan soyadlı olduğu müəyyənləşib.

 Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə saat 3 radələrində bir erməni azaraq Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçib.

Azərbaycan ərazilərini işğal etmiş separatçı rejim erməni əsgərin təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçdiyini təsdiqləyib.

Trend-in NEWS.am-a istinadən verdiyi məlumata görə, əsgər, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan avqustun 7-dən 8-nə keçən gecə saat 3 radələrində azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.