Ermənistanda direktor işdən qovuldu - Şagirdləri mitinqə buraxmayıb

ermenistanda-direktor-isden-qovuldu
Oxunma sayı: 1744

Yerevanda Monte Melkonyan adına 11 saylı məktəbin direktoru Ruzanna Azizyan şəhər merinin qərarı ilə vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Radio Azatutyun”un məlumatında bildirilir.

Bildirilir ki, direktor şagirdləri son günlər işğalçı Ermənistanı bürümüş etiraz aksiyalarında iştirak etməyə icazə vermədiyindən işdən qovulub.

Qeyd olunur ki, mayın 4-də məktəbin qarşısında R. Azizyanın istefası ilə bağlı etiraz aksiyası da keçirilib.