“Əş-Şəbab”a ağır zərbə - 15 terrorçu məhv edildi

es-sebaba-agir-zerbe
Oxunma sayı: 708

Somalidə “Əş-Şəbab”a qarşı hava əməliyyatında 15 terrorçunu zərərsizləşdirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, əməliyyat Aşağı Şabel vilayətinin Qardarşe və Bariire bölgələrində baş tutub.

Hücum ABŞ və Somali hərbçilərinin birgə iştirakı ilə keçirilib.

Qeyd edək ki, ilin əvvəlindən etibarən ABŞ qüvvələri Somalidə əməliyyatlarda aktiv iştirak etməyə başlayıb.