Ev almaq istəyirsiz? - “Abşeron İnşaat”ın direktorundan məsləhət

Ev almaq istəyirsiz?
Oxunma sayı: 8813

“Abşeron İnşaat” MMC-nin direktoru Rövşən Abbasovun “Qafqazinfo”ya müsahibəsi:

- “Abşeron İnşaat” MMC nə vaxt yaranıb, hansı layihələri var?

- “Abşeron İnşaat” MMC 2006-cı ildə təsis edilib. Şirkətin tərkibinə əsasən tikinti və xidmət sahəsi üzrə fəaliyyət göstərən – “A.M.K.” MTK, "AMK-YASAMAL" MTK, "AMK-Servis" MMC, “EMS” MTK və “Bilik” MTK daxildir. Ölkədə yaranmış əlverişli iqtisadi şərait nəticəsində bu günə kimi 10-dan artıq uğurlu layihələrimizi tamamlayıb istifadəyə vermişik. Şirkətimiz tərəfindən Yasamal, Xətai, Nəsimi və Binəqədi rayonlarında yaşayış binalarının tikintisi tamamlanıb və sakinlərin istismarına verilib. Sonuncu təhvil verdiyimiz layihə – “Yeni Yasamal” layihəsi oldu. Bütün layihələrimizi söz verdiyimiz kimi 2 ilə tamamlayıb təhvil veririk. Hal-hazırda Yasamal rayonunda  700 mənzilli “Qəbələ Residence” layihəsi uğurla davam edir. Həmçinin Xətai və Nəsimi rayonlarında daha 2 layihənin icrasını planlaşdırırıq.

- “Abşeron İnşaat”ın digər şirkətlərdən üstünlüyü nədədir?

- Bütün layihələrimizi söz verdiyimiz vaxtda tikib təhvil veririk. Əksər şirkətlər mənzillərin ümumi sahəsinə divarları da əlavə edir və nəticədə müştəri bu sahəyə görə əlavə pul ödəyir. Biz müştərilərimizə mənzilləri təmiz sahə ilə satırıq. Yəni gələcəkdə sakinlərimiz mənzillərinə çixarış alanda həmin sahə orda da qeyd olunur. Binalarımıza daim yüksək keyfiyyətli kommunal xidmətlər göstəririk. Qiymət siyasətimiz də çox sərfəlidir. Çalışırıq bizim qiymətlər bazar qiymətlərindən aşağı olsun.

- Hər kəsi maraqlandıran sual: Mənzillərin 1 kv/m-nin qiyməti neçəyədir?

- Bizdə qiymətlər 850 manatdan başlayır.

- Tikintidə hansı tikinti materiallarından istifadə edirsiniz?

- Ən müasir tikinti materallarından istifadə edirik. Armatur, beton, kərpic yerli istehsaldır. Lift, qapı, pəncərə və üzlük materiallarını xaricdən alırıq.

- Hal-hazırda ev almaq istəyən alıcılara məsləhətiniz.

- Alıcılara ilk növbədə məsləhət görərdik ki, verilən vədlərə tez inanmasınlar. Şirkətin daha əvvəl tikib, başa çatdırdığı binalarla tanış olub sonra qərar versinlər. Qaz və çıxarış ilə təmin olunub-olunmaması ilə, kommunal xidmətlərlə maraqlansınlar.  

- “Abşeron İnşaat”da mənzillər hansı şərtlərlə alıcılara təklif edilir?

- Üç illik daxili kreditlə, faizsiz, 20% ilkin ödənişlə.

- Hazırda ölkədə tikinti bumu yaşanır. Belə hal gələcəkdə müştəri probleminə səbəb ola bilərmi?

- Biz heç bir zaman müştəri problemi yaşamamışıq. Buna səbəb tikdiyimiz binaların keyfiyyətli olması və müştərinin bizə inamıdır.

- Layihələriniz ancaq paytaxtı əhatə edir. Bölgələrdə də binalar inşa etməyi düşünürsünüzmü?

- Hələki paytaxtın bir neçə rayonunda tikinti işlərimizi həyata keçirik. Bölgələrlə bağlı heç bir planımız yoxdur.

- Son illər paytaxtda pilot layihələrin sayı artır. Sizin də bu layihələrdə iştirakınız gözlənilir?

- Xeyr. Hələki öz layihələrimizlə məşğuluq.      

- “Abşeron İnşaat”ın gələcək planları?

- Yeni layihələrin icrası üçün partnyorluq münasibətlərini yüksək qiymətləndiririk və daim işgüzar əməkdaşlığa hazırıq.

 

  







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi