Evinin girişində qadının pul qabısını apardı

evinin-girisinde-qadinin-pul-qabisini-apardi
Oxunma sayı: 684

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Seyidova soyğunçuluğa məruz qaldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, müraciətlə əlaqədar aparılan araşdırmalarla naməlum şəxsin aprelin 23-də saat 19 radələrində Ə.Ələkbərov küçəsində yaşadığı evin girişində həmin qadının içərisində bankomat kartları və sənədləri olan pulqabısını alıb apardığı məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Səxavət Rəhimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.