Fazil Məmmədov xəstəxanaya yerləşdirildi

fazil-memmedov-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 4949

Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.

Məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb.

Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranıb. Onun qaraciyərində problemlər var. Həmçinin, Fazil Məmmədov qan təzyiqindən əziyyət çəkir.