“Fədayənin ailəsininin vəziyyəti ağırdır...”

fedayenin-ailesininin-veziyyeti-agirdir
Oxunma sayı: 3260

Məşhur müğənni Manaf Ağayev “Hər şey daxil” verilişinin qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, o, həbsdə olan həmkarı Fədayə Laçının ailəsi ilə bağlı açıqlama verib. 

M. Ağayev deyib ki, sənətçinin ailə üzvlərini qaldığı mənzildən çıxarırlar:

“Burada yeri deyil, amma dözməyib danışıram. Siz Fədayə Laçından söhbət açdız. Axşam 2-yə kimi onlarda olmuşam. İşıqlarını kəsiblər, kirayə qaldıqları evdən çıxardırlar. Pulları yoxdur. İşıq pulunu ödəyə bilmirlər. Bir elli kimi onlara getmişəm, hamısını yoluna qoyub gəlmişəm. O, mənim sənət yoldaşımdır”.