“Fənər” yarım final qapısını araladı

fener-yarim-final-qapisini-araladi
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, “Fənərbağça” öz meydanında “Latsio”nu qonaq edib və 2-0 hesabı ilə inamlı qələbə qazanıb.

Oyun boyu üstünlüyü əlində saxlayan İstanbul təmsilçisi istəyinə, görüşün 78-ci dəqiqəsində Piyer Vebonun vurduğu penalti zərbəsi ilə çatıb. Buna qədərsə, “Latsio” futbolçusu Onazi 47-ci dəqiqədə hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb və meydanı tərk edib. Rəqib azlıqda qaldıqdan sonra demək olar ki, topa nəzarəti tamamilə itirib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə hollandiyalı ulduz Dirk Kuyt, vurduğu qolla qoyub. Bu nəticə ilə “Fənər” Romaya daha arxayın yollana bilər.

İqbal