Fikrət Əmirovun 95 illik yubileyi qeyd olundu

fikret-emirovun-95-illik-yubileyi-qeyd-olundu
Oxunma sayı: 950

Qara  Qarayev  adına  Mərkəzi  İncəsənət  Məktəbinin  müəllim  və  şagirdləri  xalqımızın  böyük  bəstəkarı Fikrət  Əmirovun  95  illik  yubileyi  ilə  əlaqədar   olaraq   Gəncə  Musiqi  Kollecində  tədbir  keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, tədbir proqramında   Lalə  İbrahimovanın  ifasında  "Sevil"  operasından  Sevilin  ariyası,  Dilbərin  mahnısı,  "Azərbaycan  elləri "  mahnısı,   Zərrin  Əliyevanın  ifasında "Məhəbbət  rəqsi",  Ü.Hacıbəyliyə  həsr  olunmuş  "Xatirə"  elegiyası və digər əsərlər səslənib. 

Tədbir zamanı   Fikrət  Əmirovun  haqqında  qısa  metrajlı  film  nümayiş  olunub.

Tədbirdə  Gəncə  Regional  Mədəniyyət  və  Turizm  İdarəsinin  nümayəndələri,  Gəncədə  fəaliyyət  göstərən  musiqi  məktəblərinin   müdriyyəti  iştrak  edib.